Xocalı: Hər kəs layiqli cəzasını aldı - VİDEO
Azərbaycan xalqı ən yeni tariximizin ən qanlı hadisələrindən biri - Xocalı faciəsinin 32-ci ildönmünü qeyd etdiyi bir zamanda həmin ərazidə daha bir kütləvi məzarlığın aşkar olunduğu barədə xəbərlər yayılıb.
Bu barədə “Caliber”in “YouTube” səhifəsində yayımlanan yeni süjetdə bildirilir.
Qeyd olunur ki, bu və daha öncə tapılan analoji məzarlarda məhz soyqırıma məruz qalan azərbaycanlıların dəfn olunduğu heç bir şübhə doğurmur. Belə ki, ermənilər yalnız nifrət etdikləri azərbaycanlılara qarşı bu cür davrana, onları kütləvi şəkildə heç bir ad və ya nişanlama olmadan basdıra bilərdilər. Bununla yanaşı, cəsəd qalıqları üzərində işgəncə əlamətləri də açıq-aydın müşahidə olunur.
Daha ətraflı “Caliber”in yeni videomaterialında:
Oxşar xəbərlər
Prezident Xocalıda soyqırımı memorialının təməlini qoyub, Xankəndi şəhərində olub - YENİLƏNİB - FOTO/VİDEO
Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndə...