İcra hakimiyyəti Xalq artistinin yolla bağlı ŞİKAYƏTİNƏ REAKSİYA VERDİ - VİDEO
Bir müddət əvvəl Xalq artisti Brilliant Dadaşovanın Buzovna yollarının görüntüsünü paylaşaraq baxımsız vəziyyətdə olmasından şikayətlənmişdi.
Məsələ ilə bağlı Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyətindən BAKU.WS-ə açıqlama verilib.Bildirilib ki, şikayətlə bağlı müvafiq zəruri tədbirlərin görülməsi məqsədilə Buzovna bələdiyyəsinə müraciət ünvanlanıb.
Xatırladaq ki, bu il yanvarın 19-da Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə hesabında problemini işıqlandırıb.
O Xəzər rayonu Buzovna qəsəbəsinin bələdiyyəsindən şikayətçidir. Belə ki, Dadaşova sözügedən yolların baxımsız vəziyyətini lentə alaraq şəxsi instaqram hesabında yayımlayıb.
Problemin həll edilməsini istəyib."Hörmətli Buzovna bələdiyyəsi, biz tərəfin də yollarına baxın" - deyə, Xalq artsti qeyd edib.
Oxşar xəbərlər
Brilliant Dadaşova bələdiyyədən şikayət etdi - VİDEO
Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə hesabında problemini işıqlandırıb. BAKU.WS xəbər verir ki, o Xəzər rayonu Buzovna qəsəbəsinin bələdiyyəsindən şik...