SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə Bakıda birinci marşrut üzrə yürüş yekunlaşıb.

Yürüş iştirakçıları Şəhidlər xiyabanı – Türk Şəhidləri abidəsinin önündən “İçərişəhər” metrosu, İqtisadiyyat Universitetinin binası – Qala Qapısı, “AzNeft” dairəsi – Bəhram Gur istiqamətində hərəkət ediblər.

***10:03

Bu gün Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, hazırda Bakının azad olunmasının ildönümü ilə əlaqədar hərbi orkestrlərin müşayiəti ilə yürüş keçirilir.

Ətraflı videonu təqdim edirik:

***09:55

Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə Bakıdakı Türk Şəhidləri abidəsi ziyarət edilir.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, ziyarətdən sonra yürüş planlaşdırılır.

Yürüşün marşrutu Şəhidlər xiyabanı – Türk Şəhidləri abidəsinin önündən “İçərişəhər” metrosu, İqtisadiyyat Universitetinin binası – Qala Qapısı, “AzNeft” dairəsi – Bəhram Gur heykəli olacaq.

Yürüşdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfərlik şəxsi heyəti və hərbi orkestr də iştirak edir.

BAKU.WS
QALEREYA