Bakının azad olunmasının 103-cü ildönümü ilə bağlı yürüşdən reportaj - YENİLƏNİB - VİDEO
Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə Bakıda birinci marşrut üzrə yürüş yekunlaşıb.
Yürüş iştirakçıları Şəhidlər xiyabanı – Türk Şəhidləri abidəsinin önündən “İçərişəhər” metrosu, İqtisadiyyat Universitetinin binası – Qala Qapısı, “AzNeft” dairəsi – Bəhram Gur istiqamətində hərəkət ediblər.
***10:03
Bu gün Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, hazırda Bakının azad olunmasının ildönümü ilə əlaqədar hərbi orkestrlərin müşayiəti ilə yürüş keçirilir.
Ətraflı videonu təqdim edirik:
***09:55
Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə Bakıdakı Türk Şəhidləri abidəsi ziyarət edilir.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, ziyarətdən sonra yürüş planlaşdırılır.
Yürüşün marşrutu Şəhidlər xiyabanı – Türk Şəhidləri abidəsinin önündən “İçərişəhər” metrosu, İqtisadiyyat Universitetinin binası – Qala Qapısı, “AzNeft” dairəsi – Bəhram Gur heykəli olacaq.
Yürüşdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfərlik şəxsi heyəti və hərbi orkestr də iştirak edir.
Qalereya
Oxşar xəbərlər
Sürücülərin nəzərinə: Sabah avtomobillər bu yollarla hərəkət edə BİLMƏYƏCƏKLƏR
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi Bakının erməni-bolşevik işğalından azad olunmasının 103-cü ildönümü ilə əlaqədar olaraq vətəndaşlara müraciət edib. D...