Zidan təyinatı ilə bağlı razılığa gəldi: Hansı komandanın baş məşqçisi olacaq?
"Real Madrid"in keçmiş baş məşqçisi Zinəddin Zidan tezliklə futbola qayıdacaq - Fransa millisinin baş məşqçisi rolunda.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Fransa Futbol Federasiyası artıq onunla prinsipial razılığa gəlib.
Yığmanın hazırkı məşqçisi Didye Deşam 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının sonuna kimi komanda ilə çalışacaq. Turnirin bitməsindən sonra o, yerini Zidana verərək postunu tərk edəcək.
Həmçinin bildirilir ki, Zidan məşqçilik karyerasında fasilə zamanı ancaq Fransa millisində işləmək niyyətində olduğu üçün müxtəlif klublardan gələn bir sıra təklifləri rədd edib.
"Real"ın baş məşqçisi kimi o, bir sıra titullar, o cümlədən ardıcıl üç Çempionlar Liqası kubokunu qazanıb.
Oxşar xəbərlər
Səidcəmşid Cəfərov Avropa çempionu olub - boksçularımızdan Sofiyada 5 medal
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub. Komandamızın heyətində Sübhan Mamedovun (50 kq) ardınca Səidcəmşid Cəfərov da yarışın qızıl medalını qazanı...