Zidan Fransa millisinin baş məşqçisi olacaq
Zinəddin Zidan Fransa milli komandasının baş məşqçisi təyinatı ilə bağlı Fransa Futbol Federasiyası (FFF) ilə şifahi razılığa gəlib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, FFF prezidenti Filip Diallo artıq varisin seçildiyini təsdiqləyib.
Lakin o, yeni baş məşqçinin kimliyini açıqlamaq istəməyib. Federasiya rəsmisinin sözlərinə görə, boş qalan vəzifə uğrunda beş fransız mütəxəssis mübarizə aparıb.
İddiaya görə, indiki baş məşqçi Didye Deşamı DÇ-2026-dan sonra Zidan əvəzləyəcək.
53 yaşlı mütəxəssis futbolçu kimi Fransa millisində 108 oyun keçirib və 31 qol vurub. O, məşqçi kimi Madrid "Real"ını çalışdırıb.
Oxşar xəbərlər
Gənc taekvondoçumuz Belçikada qızıl medal qazandı
Martın 21-22-də Belçikanın Lommel şəhərində taekvondo üzrə "Belgian Open" beynəlxalq turniri keçirilib. Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən...