Zidan bu millinin "sükanı axrası"na keçməyə hazırlaşır

Zidan bu millinin sükanı axrasına keçməyə hazırlaşır
İdman 163

Zinəddin Zidanın Fransa yığmasının baş məşqçisi postunu tutmağa hazırlaşır.

BAKU.WS xəbər verir ki, bu barədə "LEquipe" jurnalı yazıb.

Nəşrin yazdığına əsasən, 53 yaşlı mütəxəssis 2026-cı il dünya çempionatından sonra Didye Deşamı əvəz etmək niyyətindədir.

Mənbənin sözlərinə görə, Zidan Liqa 1-i izləyir və Avropa matçlarına baxır. Bundan əlavə, məşqçi çoxlu qeydlər aparır və artıq Fransa yığmasının gələcək oyunu ilə bağlı ideyalara sahibdir.

Xatırladaq ki, 2026-cı il dünya çempionatı Deşam üçün yığmanın başında sonuncu olacaq. O, bunu yanvar ayında özü açıqlayıb. Deşam 2012-ci ildən yığmaya rəhbərlik edir və onunla birlikdə 2018-ci ildə dünya çempionu olub.

Zidan isə məşqçilik karyerasında iki dəfə "Real"ı çalışdırıb. Madrid klubu ilə üç dəfə Çempionlar Liqasını, iki dəfə isə "La Liqa"nı qazanıb.

Son xəbərlər