XXV Qış Olimpiya Oyunlarında növbəti yarışlar keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında bu gün növbəti yarışlar keçiriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, dağ xizəyi, biatlon, bobsley, xizəksürmə, körlinq, sərbəst üslubda xizəksürmə, hokkey, qısa proqramda sürətli konkisürmə, skeleton, xizəklə tramplindən tullanma, sürətli konkisürmə üzrə mübarizə baş tutacaq.
Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma fevralın 15-də nəhəng slalom, 3 gün sonra slalom növündə qüvvəsini sınayacaq. Yarışlar İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina-dAmpetsoda keçiriləcək.
Daha əvvəl Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 63,63 xalla 29 idmançının mübarizəsində sonuncu yeri tutub və mübarizəni dayandırıb.
Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.
Oxşar xəbərlər
"Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır
"Barselona"nın yarımmüdafiəçisi Qavi öz xarakteri, karyerasında üzləşdiyi çətinliklər və bu mövsüm komanda ilə birlikdə qazanmaq istədiyi titullar barədə danışı...