Unai Emeri: "Çox xoşbəxtəm"
"Aston Villa"nın baş məşqçisi Unai Emeri komandasının Çempionlar Liqasının ümumi mərhələsinin 6-cı turunda Almaniyanın "RB Leypsiq" klubu üzərində 3:2 hesabı ilə qələbəsəni şərh edib.
Bu barədə klubun rəsmi saytına məlumat yerləşdirilib.
"Çox xoşbəxtəm. Azarkeşlər bu gün bizimlə idi və onlar möhtəşəm idi. Onlar həmişə bu yarışda bizə dəstək olub, eləcə də bu gün. Biz bu üç xalı qazandıq, çünki özümüzü rahat hiss etdik. Oyunu istədiyimiz kimi planladıq və hər bir "Aston Villa" azarkeşinə minnətdarıq, çünki Çempionlar Liqasından birlikdə zövq alırıq.
Hazırda 13 xalımız var və xoşbəxt olmalıyıq, amma balansı qorumaq vacibdir. Hazırda top-24-də, bəlkə də top-16-da yer alırıq, amma bu qələbə sayəsində ən yaxşı səkkizlik uğrunda mübarizə aparmaq imkanımız var. Bunun üzərində işləyəcəyik.
Bəzən pis nəticələr olur. Hazırda, ardıcıl üç qələbə (ikisi çempionatda, biri bu gün) bizə özümüzə inamlı və güclü hiss etməyə kömək edə bilər. Bu gün xoşbəxtik, amma indi şənbə günü "Nottingem Forest" ilə oyunu düşünürəm. Bu gün oynayan futbolçuları tez bərpa etməyə və digər oyunçuları hazırlamağa çalışıram",- deyə Emeri bildirib.
Oxşar xəbərlər
Lionel Messi: "Azərbaycanın mədəniyyəti və insanları ilə az da olsa, tanış oldum"
Azərbaycanın mədəniyyəti və insanları ilə az da olsa, tanış oldum. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan Argentina millisinin və A...