UEFA "Qarabağ"ın avrokubok oyununu idarə etmiş baş hakimi 2025-ci ilə qədər diskvalifikasiya edib
UEFA "Qarabağ"ın avrokubok oyununu idarə etmiş polşalı baş hakim Bartoş Frankovskiyi 2025-ci ilə qədər diskvalifikasiya edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, buna referinin digər həmkarı Tomaş Musyalla birgə içkili halda yol nişanlarına zərər yetirməklə qeyri-etik davranışları səbəb olub.
Onlar cari mövsümün əvvəli Çempionlar Liqasının III təsnifat mərhələsinin "Reyncers" (Şotlandiya) - "Dinamo" (Kiyev, Ukrayna) oyununa VAR hakimləri kimi təyinat alıblar. Lakin etdikləri hərəkətlərə görə başqa hakimlərlə əvəzləniblər.
Hər iki ədalət qoruyucusu nizam-intizam qaydalarına pozduqlarına görə UEFA tərəfindən 2025-ci ilin iyun ayına qədər hakimlikdən uzaqlaşdırılıblar.
Qeyd edək ki, Bartoş Frankovskiy 2022-ci ildə "Qarabağ" və Fransanın "Marsel" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasının baş hakimi olub.
Oxşar xəbərlər
UEFA Avropa Liqasında əsas mərhələ bu gün start götürür
UEFA Avropa Liqasında əsas mərhələyə bu gün start veriləcək. BAKU.WS xəbər verir ki, ilk oyun günündə 9 matç keçiriləcək. Günün mərkəzi qarşılaşması İtaliyada b...