UEFA "Qarabağ"ı 10 minə yaxın məbləğdə CƏRİMƏLƏDİ
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA İntizam Komitəsi "Qarabağ"ı cəzalandırıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, sözügedən qərar Ağdam təmsilçisinin U-19 komandasının UEFA Gənclər Liqasının 4-cü turunda "Çelsi" ilə Bakıdakı qarşılaşması zamanı azarkeş davranışı ilə bağlı olub.
Belə ki, görüş zamanı "Qarabağ" azarkeşləri "Çelsi"nin futbolçusuna qarşı irqçi ifadələr səsləndirib. Bu səbəbdən klub 5 min avro ( 9 861 AZN) məbləğində cərimələnib.
UEFA həmçinin "Köhlən atlar"a növbəti ev oyununu tamaşaçısız keçirmək barədə şərti cəza tətbiq edib. Müəyyən edilən dövrdə eyni mahiyyətdə hərəkətlər təkrarlanarsa, cəza dərhal qüvvəyə minəcək.
Oxşar xəbərlər
Azərbaycan millisi Andorranı məğlub etdi
Futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda Andorra yığmasına qalib gəlib. BAKU.WS xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollekti...