UEFA ÇL: "Real" Madrid derbisində "Atletiko"dan üstün oldu
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları baş tutub.
Turun ilk oyun axşamında dörd qarşılaşma keçirilib.
İngiltərənin "Aston Villa"sı səfərdə Belçika "Brügge"sini inamla məğlub edib, "Dumanlı Albion"un digər təmsilçisi "Arsenal" da səfərdə Niderlandın "PSV"sini darmadağın edib.
Axşamın mərkəzi qarşılaşması "Real"la "Atletiko" arasında baş tutub. Madrid derbisindən "kral klubu" qalib ayrılıb - 2:1.
UEFA Çempionlar Liqası
1/8 final
İlk matçlar
4 mart
21:45. "Brügge" - "Aston Villa" - 1:3
5 mart
00:00. "Borussiya" (Dortmund) - "Lill" - 1:1
00:00. PSV - "Arsenal" - 1:7
00:00. Real Madrid - Atletico Madrid - 2:1.
Qalan 1/8 final oyunları martın 6-na keçən gecə baş tutacaq.
Oxşar xəbərlər
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb
"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. BAKU.WS xəbər verir ki, ölkə çempionu pley-off mərhələsinin cavab oyununda İsrailin...