UEFA Çempionlar Liqası: "Sabah" "KuPS"la matçda hesabı açıb
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçında hesab açılıb.
BAKU.WS xəbər verir ki, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda "Sabah" hesabda önə çıxıb - 1:0.
53-cü dəqiqədə Veliko Simic fərqlənib
***19:00
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçına start verilib.
BAKU.WS xəbər verir ki, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunu israilli FIFA referisi Qal Leyboviç idarə edir.
***18:46
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Finlandiyada üz-üzə gələcək "KuPS" və "Sabah" komandalarının start heyətləri açıqlanıb.
BAKU.WS xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 19:00-da Kupio Mərkəzi Stadionunda start götürəcək matçda meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
"KuPS": 1. Yohannes Kraydl, 4. Kasim Nuhu, 25. Klinton Antvi, 28. Brahim Maqassa, 29. Akseli Puukko, 8. Petteri Pennanen, 10. Valentin Qask, 11. Xayme Moreno, 16. Tommi Yuryu, 22. Sayku Turey, 24. Bob Arma.
Baş məşqçi: Miika Nuutinen.
"Sabah": 92. Stas Pokatilov, 3. Stiv Solve, 5. Rəhman Daşdəmirov, 7. Umarali Raxmonaliyev, 10. Aleksey İsayev, 13. İvan Lepinitsa, 11. Kahim Perris, 20. Coy-Lens Mikels, 21. Velko Simiç, 27. Timoteuş Puxaç, 80. Akim Zedadka.
Baş məşqçi: Valdas Dambrauskas.
Oxşar xəbərlər
Orxan Həbibliyə dünya çempionatının bürünc medalı təqdim edilib
Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibli (65) mükafatlandırılıb. BAKU.WS xəbər verir k...