U-15 Avropa çempionatı: Azərbaycan güləşçilərinin medal sayı altıya çatıb
Azərbaycan güləşçilərinin Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatında qazandıqları medalların sayı altıya çatıb.
Bu barədə BAKU.WS-ə SAzərbaycan Güləş Federasiyasından məlumat verilib.
Dördüncü yarış günündə daha 2 güləşçimiz fəxri kürsüyə qalxıb.
Elvin Necəfzadə (85 kq) finalda rusiyalı İbragim Maqomedovla qarşılaşıb. Görüş gərgin mübarizə şəraitində keçib. Həmyerlimiz 1:4 hesabıyla geridə olsa da, əzmkarlıq göstərərək geridönüş edib. Son saniyələrdə qazandığı xallarla 5:4 hesablı qələbə qazanan sərbəst güləşçimiz Avropa çempionu olub.
Gülay Xasməmmədova (36 kq) isə həlledici görüşdə rusiyalı Yelizaveta Kirillovaya "tuş"la məğlub olaraq gümüş medalı boynundan asıb.
Beləliklə, güləşçilərimizin cari yarışda medallarının sayı 6-ya (4 qızıl, 1 gümüş və 1 bürünc) çatıb.
Oxşar xəbərlər
Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunun ikinci günü yeni rekordlarla yadda qalıb
Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Su İdmanı Sarayında təşkil olunan Dünya Kubokunun iki...