Türkiyənin tanınmış futbol şərhçisi Ertem Şener Bakıya gəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin məşhur idman jurnalisti və futbol şərhçisi Ertem Şener Bakıya gəlib.
BAKU.WS-in məlumatına görə, tanınmış teleaparıcı bu barədə gəlişindən dərhal sonra sosial şəbəkə hesabında paylaşım edib.
Ertem Şener "Qarabağ" və İngiltərənin "Çelsi" klubları arasında baş tutacaq qarşılaşmanı canlı izləyəcək.
Qeyd edək ki, tanınmış futbol eksperti "Qarabağ"ın son illərdə Avropa arenasında qazandığı uğurları şərh edir və təmsilçimizin uğurlarını yüksək qiymətləndirir.
Xatırladaq ki, "Qarabağ"–"Çelsi" oyunu noyabrın 5-də saat 21:45-də start götürəcək.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan millisi Andorranı məğlub etdi
Futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda Andorra yığmasına qalib gəlib. BAKU.WS xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollekti...