Tofiq Bəhramovun fit səsi, Qurban Qurbanovun "zadəganlara" dərsi
Tarix bəzən bir fit səsi ilə yazılır.
59 il əvvəl azərbaycanlı hakim Tofiq Bəhramovun bu fit səsi dünya futbolunu silkələdi.
Onun qərarı ilə İngiltərə tarixdə ilk və hələ ki sonuncu dəfə dünya çempionu oldu. Hətta maçdan sonra kraliça həmyerlimizə, əslində, yalnız əsas hakimə verilməli olan qızıl fit də bağışladı.
Noyabrın 5-də isə Tofiq Bəhramovun adını daşıdığı stadionda "Qarabağ" və "Çelsi" 90 dəqiqəlik savaşda bərabərə qaldılar.
2:2 - bu, sadəcə hesab deyildi. İllərlə davam edən sükutun pozulması idi.
Qarabağ tarixində ilk dəfə İngiltərə klubuna uduzmadı. Nəinki uduzmadı, hətta qalib gəlməyə çox yaxın oldu. Bu komanda artıq Avropanın kənarında deyil, çempionların meydanında öz sözünü deyir.
Bir vaxtlar həmin o stadionda İngiltərənin gənclər komandası qapımızdan 7 cavabsız top keçirmişdi. Özü də Tofiq Bəhramovun şahidliyi ilə.
Amma dünən o daş baxışlar sanki gülümsəyirdi.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanında keçirilən İslamiadanın açılış mərasimi bu gün baş tutacaq
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi bu gün baş tutacaq. BAKU.WS report-a istinadən xəbər verir...