Taleh Babayev: Bu qələbəni Azərbaycan xalqına həsr edirik
Azərbaycan minifutbol millisinin üzvü Taleh Babayev Bratislavada keçirilən Avropa çempionatında qazanılan qələbəni Azərbaycan xalqına həsr etdiklərini bildirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, komandaları turnirə ciddi hazırlaşıb və rəqiblər də Azərbaycan yığmasını ətraflı təhlil edib.
"Avropa çempionatına çox ciddi hazırlaşmışdıq. Bütün rəqiblər bizi yaxşı analiz etmişdilər, buna görə də müəyyən çətinliklərlə üzləşdik", – T.Babayev qeyd edib.
Millinin üzvü vurğulayıb ki, ilk dəfə Avropa çempionu olduqdan sonra komandanın üzərinə daha böyük məsuliyyət düşüb.
"Buna görə də növbəti oyunlara daha yaxşı hazırlaşdıq. Zirvəyə qalxmaq çətindir, onu qoruyub saxlamaq isə daha çətindir. Bu qələbəni Azərbaycan xalqına həsr edirik", – o əlavə edib.
Oxşar xəbərlər
Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunun ikinci günü yeni rekordlarla yadda qalıb
Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Su İdmanı Sarayında təşkil olunan Dünya Kubokunun iki...