"Sumqayıt" və "Zirə" yoxlama oyunlarından qalib ayrılıb

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt" futbol komandası növbəti yoxlama oyununu keçirib.
BAKU.WS-in məlumatına görə, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv bu dəfə Polşa təmsilçisi "Arka" ilə qarşılaşıb. Görüşdəki yeganə qolu "gənclik şəhəri" təmsilçisinin yarımmüdafiəçisi Əmir Ağayev vurub. 28 yaşlı oyunçu 16-cı dəqiqədə fərqlənib.
Qeyd edək ki, ilk yoxlama görüşündə Macarıstan "Kaposvar"ına 3:4 hesabı ilə uduzan "Sumqayıt" növbəti matçında Rumıniya "Politexnika"sı ilə bərabərə qalıb - 1:1.
"Zirə" isə sonuncu yoxlama oyunundan üzü ağ çıxıb. Paytaxt təmsilçisi bu dəfə Serbiyanın "Napredak" klubu ilə üz-üzə gəlib.
Fasiləyə 1:0 hesabı ilə üstün yollanan Zaur Həşimovun rəhbərlik etdiyi komanda ikinci hissədə daha bir qol vurub. Komandanın qollarına Riçard Qazde və David Volkov imza atıb.
Qeyd edək ki, ilk matçında Türkiyə "Ümraniyespor"una 0:3 hesabı ilə məğlub olan "Zirə" ikinci oyununda Rumıniyanın "Sepsi" klubuna qalib gəlib - 2:0.

Oxşar xəbərlər
"Keşlə" Almaniya klubuna məğlub olub
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Keşlə" futbol komandası ilk yoxlama oyununu keçirib. BAKU.WS-in məlumatına görə, Tərlan Əhmədovun rə...