"Neftçi" Türkiyədəki ilk yoxlama oyununda böyük hesabla məğlub olub

15
yan
2020
19:38
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında "Neftçi" ilk yoxlama oyununu keçirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Roberto Bordinin baş məşqçi olduğu komanda "Polşa"nın "LKS Lodz" klubu ilə üz-üzə gəlib. Qarşılaşma "Neftçi"nin 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, "Neftçi" yanvarın 20-də Ukraynanın "Dinamo" (Kiyev) 4 gün sonra isə bu ölkənin digər təmsilçisi "Desna" ilə qarşılaşacaq. Komanda yanvarın 25-də Bakıya qayıdacaq.

Oxşar xəbərlər
"Keşlə" ilk yoxlama oyununda qələbə qazanıb
"Keşlə" futbol komandası qış fasiləsində ilk yoxlama oyununu keçirib. BAKU.WS-in məlumatına görə, Tərlan Əhmədovun baş məşqçi olduğu kollektiv I Divizion təmsil...