İspan nəşri "Qarabağ"la bağlı "erməni” səhvini düzəltdi
20
okt
2017
15:16
İspaniyanın məşhur idman nəşri Mundo Deportivo "Qarabağ"la bağlı səhvini düzəldib.Virtualaz.org xatırladır ki, nəşr "Atletiko"nun futbolçusu Yannik Karraskos haqda dərc etdiyi yazıda Azərbaycan futbolunun Çempionlar Liqasındakı təmsilçisi "Qarabağ"ı "erməni klubu" adlandırmışdı.""Çolo"nun uşaqları ("Atletiko"nun baş məşqçisi Dieqo Simeonun ləqəbi – virtualaz.org) erməni "Qarabağ”ına qarşı oynadı - rəqib, hansı ki, kağız üzərində tamamilə keçilən görünürdü. Ancaq "Atletiko" qol vura bilmədi, Avropada ikinci dəfə heç-heçə oynadı və bununla da öz pərəstişkarlarını hirsləndirdi", - deyə Mundo Deportivo yazmışdı.Azərbaycandan çoxsaylı şikayətlərdən sonra nəşr "erməni" sözünü mətndən çıxarıb və səhvini düzəldib.BAKU.WS
Oxşar xəbərlər
Məşhur ispan nəşri “Qarabağ”ı erməni klubu adlandırdı – FOTO
İspaniyanın məşhur idman nəşri Mundo Deportivo kobud səhv buraxıb.Virtualaz.org bildirir ki, ispan KİV-i “Atletiko”nun futbolçusu Yannik Karraskos haqda dərc et...