"Seltik" "Qarabağ"ın ulduzunu rənglərinə bağlayır: Transferin dəyəri məlum oldu

Seltik Qarabağın ulduzunu rənglərinə bağlayır: Transferin dəyəri məlum oldu
İdman 50

Şotlandiya futbolunun nəhəngi "Seltik" klubu "Qarabağ"ın hücumçusu Kamilo Duranı heyətinə qatmağa çox yaxındır.

BAKU.WS Oxu.Az istinadən xəbər verir ki, kolumbiyalı forvardın nümayəndələri artıq Şotlandiyaya yollanıblar və hazırda tərəflər arasında müqavilənin yekun detalları üzrə danışıqlar gedir.

Məlumata əsasən, bu hay-küylü keçidin dəyəri təxminən 3 milyon funt sterlinq (3.5 milyon avro) təşkil edəcək.

Xatırladaq ki, "Qarabağ" Kamilo Duranı ötən ilin yay aylarında Portuqaliyanın "Portimonense" klubundan 200 min funt sterlinqdən də ucuz qiymətə heyətinə cəlb etmişdi.

Qeyd edək ki, 24 yaşlı hücumçu ötən mövsüm UEFA Çempionlar Liqası çərçivəsində keçirdiyi 10 matçda 5 qol vuraraq Avropa klublarının hədəfinə çevrilmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər