Səid Nəcəfzadə: Azərbaycanı Parisdə layiqincə təmsil etmək qürurverici hissdir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanı Parisdə layiqincə təmsil etmək qürurverici hissdir.
"Report" xəbər verir ki, bunu Yay Paralimpiya Oyunlarında paraatletika növündə T12 kateqoriyasında uzunluğa tullanmada qızıl medal qazanmış Azərbaycan idmançısı Səid Nəcəfzadə jurnalistlərə açıqlamasında deyib.
İdmançı Paralimpiya Oyunlarında ilk dəfə qızıl medal qazandığına diqqət çəkib: "Birinci Paralimpiadada bürünc medal əldə etmişdim. Bu dəfə qızılla əvəzləyə bildim. Buna görə çox xoşbəxtəm".
Xatırladaq ki, Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında yüksək nəticələr əldə etmiş Azərbaycan idmançılarının növbəti qrupu vətənə qayıdıb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...