"Sabah" "Zirə"yə, "Neftçi" "Araz-Naxçıvan"a qarşı
Yeniliklərdən dərhal xəbərdar olun
Misli Premyer Liqasında VIII tura bu gün keçiriləcək iki görüşlə yekun vurulacaq.
BAKU.WS xəbər verir ki, ilk olaraq "Sabah" "Zirə" ilə münasibətlərinə aydınlıq gətirəcək.
"Bank Respublika Arena"da baş tutacaq oyunun start fiti saat 16:00-da səslənəcək.
13 xala malik "Zirə" beşinci, 11 xalı olan "Sabah" isə altıncıdır.
Turun bağlanış qarşılaşmasında isə "Neftçi" "Palms Sports Arena"da Araz-Naxçıvan"ı qəbul edəcək.
Bu matç saat 18:30-da başlayacaq.
Naxçıvan təmsilçisi 14 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. "Ağ-qaralar" isə 8 xalla doqquzuncudur.
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Kəpəz" "Şamaxı"nı, "Sumqayıt" "Karvan-Yevlax"ı (4:1), "Qarabağ" "Turan Tovuz"u (2:1) məğlub edib. "İmişli" - "Qəbələ" görüşündə isə bərabərlik qeydə alınıb - 2:2.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovu...