"Sabah" İngiltərədən futbolçu aldı
20
fev
2026
17:06
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan BAKU.WS-ə verilən məlumata görə, belçikalı futbolçu Qodfred Boaki İngiltərənin "Birmingem" klubundan icarəyə götürülüb.
Anlaşmanın müddəti 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulub. 20 yaşlı mərkəz müdafiəçisi "Sabah"ın əvəzedicilərdən ibarət komandasında çıxış edəcək.
"Birmingem"in yetirməsi olan Boaki karyerası ərzində bu klubun gənclərdən ibarət komandası ilə yanaşı, Finlandiyanın "İnter" (Turku) kollektivində də çıxış edib.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovu...