Ronaldo azarkeşlərin məsxərəsinə istehzalı cavab verdi

Ronaldo azarkeşlərin məsxərəsinə istehzalı cavab verdi
Video
İdman 78

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo "Əl-Əhli" ilə oyundan sonra verdiyi qısa müsahibə zamanı rəqib azarkeşlərinin məsxərəsi ilə üzləşib.

BAKU.WS xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində yazıb.

Müsahibə zamanı tribunadan Ronaldoya qarşı istehzalı müraciətlər edilib. Futbolçu isə əlini qaldıraraq beş rəqəmini göstərib və "Mən Çempionlar Liqasını beş dəfə qazanmışam, beş!" deyə cavab verib.

Aprelin 29-da "əl-Nəsr" Səudiyyə Ərəbistanı çempionatının 30-cu turunda "Əl-Əhli" üzərində 2:0 hesablı qələbə qazanıb. Ər-Riyadda yerləşən "əl-Əvval Park" stadionunda keçirilən görüşdə hesabı 76-cı dəqiqədə Kriştiano Ronaldo Joao Feliksin ötürməsindən sonra açıb. Bu qol onun karyerasında 970-ci olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər