Ronaldo artıq "Əl-Nəsr"də oynamaq istəmir - SƏBƏB
Portuqaliya millisinin və "Əl-Nəsr" klubunun ulduz futbolçusu Kriştiano Ronaldonun komandadakı gələcəyi sual altına düşüb.
BAKU.WS xəbər verir ki, nüfuzlu A Bola nəşri və tanınmış insayder Fabrizio Romanonun məlumatına görə, təcrübəli hücumçu klubun idarəetmə siyasətindən narazıdır.
Bildirilir ki, Ronaldonun sağlamlıq vəziyyəti və fiziki hazırlığı normal olsa da, o, "Əl-Riyad"la keçiriləcək oyunda meydana çıxmamaq qərarına gəlib. Futbolçunun bu addımı etiraz xarakteri daşıyır.
Qeyd edək ki, Ronaldo "Əl-Nəsr"in Dövlət İnvestisiya Fondu tərəfindən idarə olunmasından və kluba göstərilən dəstəyin səviyyəsindən narazıdır. Onun fikrincə, Səudiyyə Ərəbistanındakı əsas rəqib klublara daha çox maliyyə və struktur dəstəyi verilir, bu isə yarış balansını pozur.
Xatırladaq ki, bundan əvvəl "Əl-İttihad"ın hücumçusu Kərim Benzema da oxşar narazılıqlar səsləndirmişdi. Bu faktlar Səudiyyə Ərəbistanı futbolunda daxili gərginliyin artdığını göstərir.
Oxşar xəbərlər
"Fənər"dən qovulan Tedeskoya yeni təklif gəldi
İstanbul derbisində "Qalatasaray"a 0:3 hesablı məğlubiyyətdən sonra "Fənərbağça"dan qovulan Domeniko Tedeskoya yeni təklif gəlib. BAKU.WS xəbər verir ki, "Fənə...