Roman Qriqorçuk "Neftçi"dən ayrılmaq qərarına gəlib
07
okt
2024
13:00
"Neftçi" baş məşqçisi Roman Qriqorçukla yollarını ayırır.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis klub rəhbərliyinə müraciət edərək, vəzifəsindən ayrılmağa hazır olduğunu bildirib. O, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi üçün heç bir təzminat tələb etməyəcəyini vurğulayıb.
Son qərarın klubdaxili iclasda veriləcəyi və təcrübəli çalışdırıcının istefasının qəbul olunacağı gözlənilir.
Qeyd edək ki, Roman Qriqorçuk bu mövsümün əvvəlində "Neftçi" ilə ikiillik müqavilə imzalamışdı.
Oxşar xəbərlər
"Formula-1"lə bağlı mühüm dəyişikliklər
Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula-1" reqlamentində 2027-ci il mövsümündən etibarən tətbiqi planlaşdırılan bir sıra dəyişiklikləri razılaşdırıb. B...