"Real Madrid" klubu İspaniyada daşqın qurbanlarına 1 milyon avro bağışladı
"Real Madrid" futbol klubu İspaniyada daşqın qurbanlarına 1 milyon avro yardım edib.
BAKU.WS xəbər verir ki, "Real Madrid" Fondu və Qırmızı Xaç Komitəsi daşqın qurbanlarına dəstək olmaq üçün vəsait toplama kampaniyasına başlayıb.
""Real Madrid" kritik vəziyyətdə olan, köməyimizə və həmrəyliyimizə ehtiyacı olan bir çox ailəyə kömək etmək üçün 1 milyon avro ianə edərək bu kampaniyanı dəstəkləmək qərarına gəlib", - deyə klubun açıqlamasında deyilir.
Xatırladaq ki, daha əvvəl pis hava şəraiti ilə əlaqədar "Valensiya" - "Real Madrid" matçını təxirə salınmışdı.
Qeyd edək ki, İspaniyada daşqın nəticəsində 158 nəfər həyatını itirib, minlərlə adam itkin düşüb.
Oxşar xəbərlər
KİV: Salah özünə inamını itirib, "Liverpul"dan ayrılmağa yaxındır
"Liverpul"un hücumçusu Mohamed Salah yay transfer pəncərəsində komandadan ayrılmağa yaxındır. BAKU.WS xəbər verir ki, bu barədə "talkSPORT"un jurnalisti Pol Smi...