Rafafel Ağayev çempion oldu, qızıl medal qazandı (VİDEO)

Rafafel Ağayev çempion oldu, qızıl medal qazandı (VİDEO)
Video
İdman 2487
Rafael Ağayev Avropa çempionatı qabağı son hazırlıq yarışına çıxıb. BAKU.WS-in məlumatına görə, həmyerlimiz 6-8 aprel tarixlərində Mərakeş Krallığının paytaxtı Rabatda Karate1 Premyer Liqa turnirində iştirak edib. Dünya Karate Federasiyasının (WKF) nüfuzlu yarışlar seriyasından olan Rabat mərhələsində çıxış edən Rafael Ağayev (-75 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib çıxıb. Bununla yanaşı, idmançımız dünya reytinqində xal üzrə 1-ci yerini yenidən qoruyub saxlaya bilib. Rabat Premyer Liqasında 75 ölkədən 545 idmançı mübarizə aparıb. BAKU.WS

Son xəbərlər