Qurban Qurbanov: "Son oyunumuza çıxırıq"
20
noy
2018
10:01
UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində bu gün Azərbaycan Kosova millisinin qonağı olacaq. BAKU.WS-in məlumatına görə, saat 23:45-də Priştina şəhərindəki Fadil Vokrri adın stadionda baş tutacaq vacib oyun öncəsi millinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında açıqlama verib: “Son oyunumuza çıxırıq. Hər iki komanda üçün vacib oyundur. İlk gündən Kosovo millisinə böyük qiymət vermişdim. Rəqibimizn futbolçularının fərdi ustalıq səviyyəsi yüksəkdir. Belə rəqibə qarşı oynamaq çox xoşdur. Oyuna hazırıq. İnanıram ki, komanda olaraq ən yaxşı oyunlarımızdan birini keçirəcəyik.Doğma meydanda oynamaq, azarkeş amili və hazırkı xal durumu Kosovo yığması üçün üstünlük sayıla bilər. Amma futbolçularımızın da oyuna münasibətini görürəm, qələbə qazanmaq üçün hər şey etməyə hazır olduqlarını bilirəm. Hansı komandanın favorit olması barədə hər hansı fikir bildirmək istəmirəm”.Maksim Medvedev də oyunla bağlı fikirlərini bildirib: “Rəqibimiz yaxşı komandadır. Həlledici oyun olacaq. Kosovo yığması bizdən 2 xal öndədir. Amma bizim üstünlüyümüz komanda şəklində birliyimizdir. Meydana qələbə qazanmaq üçün çıxacağıq”.BAKU.WS
Oxşar xəbərlər
Qurban Qurbanov: "Futbolçular meydanda əlindən gələni edəcək"
Bu gün Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"ımız səfərdə "Sportinq" (Portuqaliya) klubunun qonağı olacaq. BAKU.WS xəbər verir ki, Komandamızı...