Qurban Qurbanov: "Rəqibin orta xəttdə çox sürətli və təhlükəli futbolçuları var"
23
iyl
2019
22:57
Bütün fikrimizi sabahkı oyuna cəmləmişik. Rəqibimiz elə bir komandadır ki, həm ev, həm də səfərdə eyni oyunu göstərməyə çalışır.BAKU.WS-in məlumatına görə, bu sözləri Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İrlandiya təmsilçisi “Dandolk”la sabahkı qarşılaşma barədə danışarkən deyib.Q.Qurbanov deyib ki, rəqibin orta xəttdə çox sürətli və təhlükəli futbolçuları var. "Düzdür, sabah süni örtüklü meydanda oynayacağıq, bu da futbola təsir edir. Təbii örtüklü meydançada oynamaq istərdik, amma hazırda bu haqda fikirləşməyə vaxtımız yoxdur, sabahkı oyuna tam konsantrasiya olmalıyıq. İlk turun ilk oyununda qeydə alınan heç-heçə növbəti mərhələ üçün faydalı olmuşdu, amma bunu sabahkı oyun haqda demək olmaz. Bilirik ki, sabah bizə qarşı tam motivasiya olunmuş bir komandaya qarşı oynayacağıq".Qeyd edək ki, “Dandolk” – “Qarabağ” matçı sabah Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Oxşar xəbərlər
Qurban Qurbanov: “Sürprizlərə hazır olmalıyıq”
“Bizi çətin oyun gözləyir. Ötən il də Albaniyada oynamışıq, bilirik ki, azarkeşləri sona qədər komandalarını dəstəkləyir və futbolçuları çox xarakterlidir. Onu...