Qurban Qurbanov: "Qarabağ" "Çelsi" ilə matçda mübariz oyun göstərmək istəyir"
"Qarabağ" "Çelsi" ilə matçda mübariz oyun göstərmək istəyir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında açıqlama verib.
53 yaşlı mütəxəssis Bakıda İngiltərənin "Çelsi" klubuna qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunundan əvvəl fikirlərini bölüşüb:
"Bizi maraqlı oyun gözləyir. Güclü komandaya qarşı oynayacaq. Böyük klubları, yaxşı futbolçularl Bakıda görmək azarkeşlər üçün stimuldur. Oyunçularıma inanıram".
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
Oxşar xəbərlər
Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə "Neftçi" (Azərbaycan) və Litvanın "Spartak" (Vilnüs) komandalarının veteranları arasında yold...