Qurban Qurbanov: "İndiki istək və templə davam edəcəyik"
"İndiki istəklə və templə davam edəcəyik".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində keçirilən "VSG Tirol" (Avstriya) - "Qarabağ" yoxlama oyunundan (0:4) sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov görüşlə bağlı fikirlərini bölüşüb:
"Ümumilikdə pis oyun alınmadı. Fiziki cəhətdən yüklənməyə və havanın isti keçməsinə baxmayaraq, futbolçular meydanda yaxşı mübarizə apardılar. Həm istədiyimiz yükləməni aldıq, həm də nəticə yaxşı oldu. İlk matçda belə qələbə qazanmaq futbolçulara da güvən verir. Əlbəttə ki, optimal formadan hələ uzağıq. Yeni transferlərimizə tam uyğunlaşmaq üçün bir az zaman lazımdır. Bununla belə, vacibi odur ki, istəklidirlər. İnanıram ki, onlar komandamıza uzun müddət fayda verəcəklər. Gedişatdan və komandadan razı qaldım. Bu istəklə və templə davam edəcəyik", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Messi qrup mərhələsinin ən yaxşı bombardiri oldu
Argentinanın futbol üzrə yığmasının hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatının qrup mərhələsini turnirin ən yaxşı bombardiri kimi başa vurub. BAKU.WS...