Qurban Qurbanov dünyanın ən yaxşı baş məşqçilərinin reytinqində irəliləyib
Dünyanın ən yaxşı baş məşqçilərinin 2023-cü il üçün ilk reytinqi açıqlanıb.
BAKU.WS-in apasport.az-a istinadən məlumatına görə, siyahıda fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.
Son 4 ilin nəticələrinə əsasən tərtib olunan cədvəldə Azərbaycan klubları iki mütəxəssislə təmsil olunub.
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf və “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov “Top-500”də qərarlaşıb.
Cədvəldəki yeganə azərbaycanlı məşqçi Qurbanov 1595 xalla 206-cidir. 51 yaşlı mütəxəssis ötən cədvəllə müqayisədə bir pillə irəliləyib.
“Neftçi”nin rumıniyalı çalışdırıcısı 1627 xalla 175-ci yerdədir. Rumıniyalı mütəxəssis ötən siyahıdakı mövqeyini qoruyub.
Qeyd edək ki, ilk “üçlük”də Pep Qvardiola (2194), Yurgen Klopp (2112) və Joze Mourinyo (2063) qərarlaşıb.
Oxşar xəbərlər
Qurban Qurbanov dünyanın ən yaxşı baş məşqçiləri SİYAHISINDA
Dünyanın ən yaxşı baş məşqçilərinin may ayı üçün ilk reytinq cədvəli açıqlanıb. BAKU.WS "apasport.az" saytına istinadən xəbər verir ki, siyahıda aktiv fəaliyyət...