Qurban Qurbanov dünya məşqçilərinin reytinq cədvəlində Sulşer və İnzaqini qabaqladı
Dünya məşqçilərinin reytinq cədvəli açıqlanıb.
BAKU.WS "Apasport.az"a istinadən xəbər verir ki, planetin ən yaxşı 500 mütəxəssisi arasında Azərbaycan bir məşqçi ilə təmsil olunub.Bu, “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovdur. 50 yaşlı mütəxəssisin aktivində 1592 xal var.
O, dünyanın 223-cü məşqçisidir. Qurbanov Ole-Qunnar Sulşer, Miçel, Raymond Domenek, Eusebio di Françesko, Murat Yakın, Aleksey Mixayliçenko, Ərtoğrul Sağlam, Viktor Qoncarenko, Miodraq Bojoviç, Valeri Karpin, Paulu Souza, Tomas Doll, Filippo İnzaqi kimi tanınmışları arxada qoyub.
Qeyd edək ki, siyahının ilk üç pilləsində Pep Qvardiola (2194), Yurgen Klopp (2088) və Joze Mourinyo (2065) qərarlaşıb.
Oxşar xəbərlər
Bizə ayıb olsun, milli komandamıza “MOLODES”
2020-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyunlarını tamamlayan Azərbaycan millisi müstəqillik tarixinin anti-rekordunu təkrarlayıb. BAKU.WS x...