Qurban Qurbanov daha bir futbolçunu əsas komandadan kənarlaşdırdı
17
apr
2026
11:08
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov müdafiəçisi Abbas Hüseynovu əsas komandadan kənarlaşdırıb.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a klubun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, baş məşqçinin bu qərarı verməsinə səbəb oyunçunun nizam-intizam qaydalarını pozması olub. Buna görə də 30 yaşlı müdafiəçi əvəzedici heyətə göndərilib.
Qeyd edək ki, bu, klubda baş verən ilk belə hal deyil. Bir müddət öncə digər futbolçu Sami Mmae də eyni səbəbdən - nizam-intizam qaydalarını pozduğuna görə analoji cəza ilə üzləşmişdi.
Oxşar xəbərlər
Dünya çempionatının açılış mərasimi keçirilib
2026-cı il futbol üzrə dünya çempionatının açılış mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi mundialın açıl...