Qərb derbisində qalib müəyyənləşmədi

Qərb derbisində qalib müəyyənləşmədi
İdman 15

Misli Premyer Liqasının XXIV turu çərçivəsində keçirilən qərb derbisində qalib müəyyənləşməyib.

BAKU.WS xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan görüşdə "Kəpəz" və "Turan Tovuz" komandaları üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Oyunda hesabı 55-ci dəqiqədə "Kəpəz"in futbolçusu Rəhman Hacıyev açıb. "Turan Tovuz" isə 61-ci dəqiqədə Joarlem Santosun qolu ilə bərabərliyi təmin edib.

Bu nəticədən sonra Avrokuboklara iddialı "Turan Tovuz" 45 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 17 xala malik "Kəpəz" isə onuncu sırada yer alıb.

Qeyd edək ki, turun digər oyunlarında "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı 2:1, "Şamaxı" "Sumqayıt"ı 1:0, "Sabah" "İmişli"ni 5:0, "Qarabağ" isə "Zirə"ni 3:1 hesabı ilə məğlub edib

Son xəbərlər