"Qəbələ"nin məşqçisi: "Şamaxı" ilə matça çox yaxşı hazırlaşmışdıq"
Yeniliklərdən dərhal xəbərdar olun
"Qəbələ" komandası Misli Premyer Liqasının XVII turunda "Şamaxı" ilə oyuna çox yaxşı hazırlaşıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "qırmızı-qaralar"ın məşqçisi George Çixradze matçdan sonrakı mətbuat konfransında deyib.
Mütəxəssis qalibiyyət münasibətilə komandanı təbrik edib:
"Bilirdik ki, möhkəm kollektivə qarşı oynayacağıq. Yanvarın 4-dən təlim-məşq toplanışına başladıq və bütün hazırlığı məhz bu ilk qarşılaşmaya uyğun qurmuşduq. 'Şamaxı' mövsümün əvvəlində tətbiq etdiyi sistemi sonradan dəyişmişdi. Ona görə də rəqibin hər iki oyun sistemini təhlil etmişdik".
G.Çixradze heyətə yeni qoşulan futbolçuların çıxışından razılığını bildirib:
"Yeni transferlərimiz bu gün çox yaxşı təsir bağışladılar. Onlar artıq komandaya uyğunlaşıblar".
Qeyd edək ki, Şamaxı şəhər stadionunda baş tutan görüş "Qəbələ"nin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovu...