“Qəbələ” də APOEL-lə qarşılaşacaq - Püşk atıldı
03
sen
2019
17:03
UEFA Gənclər Liqasının Çempionlar Yolunun ilk mərhələsinin püşkü atılıb.BAKU.WS xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Azərbaycan təmsilçisi “Qəbələ”nin U-19 komandasının da rəqibi müəyyənləşib.“Qəbələ”nin gənclər komandası 1-ci mərhələdə Kiprin APOEL klubu ilə qarşılaşacaq. İlk oyun Azərbaycanda baş tutacaq.Qeyd edək ki, “Qəbələ U-19” komandası ötən mövsüm AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi olduğu üçün Gənclər Liqasına vəsiqə qazanıb.Xatırladaq ki, APOEL-in əsas komandası Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la eyni qrupda yer alıb.
Oxşar xəbərlər
"Qarabağ"ı məğlub edən APOEL "Ayaks"la qarşılaşacaq
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək.BAKU.WS xəbər verir ki, ilk oyun günündə 3 matç baş tutacaq. Azərbaycan çempionu “Qarabağ”...