“Qəbələ”nin Avropa Liqasındakı rəqibi müəyyənləşib
18
iyl
2019
23:39
“Qəbələ” klubunun Avropa Liqasındakı rəqibi müəyyənləşib.BAKU.WS xəbər verir ki, yarışa II təsnifat mərhələsindən başlayacaq Azərbaycan kubokunun qalibi Gürcüstan “Dinamo”su ilə qarşılaşacaq.“Qəbələ” Tbilisi təmsilçisi ilə ilk oyununu iyulun 25-də evdə, cavab matçını avqustun 1-də səfərdə keçirəcək.Qeyd edək ki, bu komandalar 2015/16 mövsümündə də qarşılaşıb. Avropa Liqasının I təsnifat mərhələsinin duelində “Qəbələ” səfərdə 1:2 hesabı ilə uduzsa da, evdə iki cavabsız qolla qalib gələrək mərhələ adlayıb.
Oxşar xəbərlər
“Neftçi” Azərbaycan futbolu tarixində birdən üç rekord vurub
Bakının “Neftçi” komandası avrokuboklarda Azərbaycan klublarının üç rekorduna imza atıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, “ağ-qaralar” bu rekordlara Avro...