"Qarabağ" "Tvente" ilə oyundan əvvəl azarkeşlərə müraciət edib
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" futbol klubu UEFA Konfrans Liqasının pley-off qarşılaşması çərçivəsində "Tvente" ilə oyundan əvvəl azarkeşlərə müraciət edib.
BAKU.WS klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, oyunun başlamasına bir saat qalmış stadionun kassalarında bilet satışı dayandırılacaq.
Bildirilib ki, qərar oyun öncəsi hazırlıq və təşkilati işlərin tam şəkildə həyata keçirilməsi, eləcə də azarkeşlərin stadiona rahat və təhlükəsiz girişinin təmin olunması məqsədilə qəbul edilib.
Klub azarkeşlərdən biletləri əvvəlcədən əldə etməyi xahiş edib.
Qeyd edək ki, komandalar arasında pley-off mərhələsinin Niderlandda keçirilən ilk oyunu "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab qarşılaşması avqustun 27-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovu...