"Qarabağ" "transfer pəncərəsi" bağlanana qədər heyətini gücləndirməyə çalışacaq
"Qarabağ" "transfer pəncərəsi" bağlanana qədər heyətini gücləndirməyə çalışacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) ilə ilk matçından öncə mətbuat konfransında deyib.
Mütəxəssis Qnalinin potensialı olduğunu vurğulayıb:
"İştirak ərizəsində dünən dəyişiklik olmalı idi. Yeni transfer olmalı idi. Amma müəyyən problemlər üzündən qaldı. Hələ vaxtımız var dəyişiklik edə bilərik. Qnalinin çox yaxşı potensialı var. Oyun praktikası qazanması üçün icarəyə verilməsi variantının nəzərdən keçiririk.
Transfer pəncərəsi bağlanana qədər ehtiyac duyulan mövqelərə uyğun futbolçu axtarışlarının davam etdiririk"
Qeyd edək ki, "Tvente" – "Qarabağ" qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turu bu gün başa çatır
UEFA Çempionlar Liqasının Liqa mərhələsində I tura bu gün yekun vurulacaq. BAKU.WS xəbər verir ki, üçüncü oyun günündə son olaraq daha altı oyun keçiriləcək. Tü...