"Qarabağ"ın pley-off mərhələsində POTENSİAL RƏQİBLƏRİ - ADLAR
UEFA Çempionlar Liqasının Liqa mərhələsinə bu həftə yekun vurulur.
BAKU.WS xəbər verir ki, Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ"ın pley-off mərhələsinə yüksəlmə şansı yüksəkdir.
UEFA-nın qaydalarına əsasən, Liqa mərhələsində 9-10-cu yerdə qərarlaşan komandalar 23-24-cü yerlərdəki klublarla, 11-12-cilər 21-22-cilərlə, 13-14-cülər 19-20-cilərlə, 15-16-cılar isə 17-18-cilərlə qarşılaşacaqlar.
Hazırkı vəziyyətdə 18-ci yerdə qərarlaşan "Qarabağ" Liqa mərhələsini bu sırada başa vursa, 15 və ya 16-cı yerdə qərarlaşan "Yuventus" və ya "Borussiya Dortmund" ilə qarşılaşa bilər. Bu cütlərin qalibi isə 1/8 finalda ən güclülərlə, "Arsenal" (1-ci yer) və ya "Bavariya" (2-ci yer) ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-off mərhələsinin püşkatma mərasimi yanvarın 30-da keçiriləcək. Pley-off mərhələsinin ilk oyunları fevralın 17-18-də, cavab oyunları isə 24-25-də keçiriləcək.
Oxşar xəbərlər
Rövşən Nəcəf AFFA ilə PFL arasındakı müqavilənin şərtlərinin dəyişdirilə biləcəyini açıqlayıb
AFFA ilə Peşəkar Futbol Liqası (PFL) arasında imzalanmış müqavilənin şərtlərində dəyişiklik edilməsi, funksiyaların artırılması və ya azaldılması mümkündür. BAK...