"Qarabağ"ın mərhələ adlamaq şansları açıqlandı - 99,5 faiz

Qarabağın mərhələ adlamaq şansları açıqlandı - 99,5 faiz
Foto
İdman 132

"Qarabağ" klubunun UEFA Çempionlar Liqasının ilk 24-lüyündə yer alma ehtimalı 99,5 faiz olaraq qiymətləndirilib.

BAKU.WS-in məlumtına görə, bu göstərici "football.meets.data" tərəfindən proqnozlaşdırılıb.

Ağdam təmsilçisi bu göstərici ilə Avropanın bir sıra nəhəng klubları – "Benfika", "Ayaks", "Napoli", PSV və digərləri ilə müqayisədə irəlidə qərarlaşıb.

Qurban Qurbanovun komandası ehtimal cədvəlində "Qalatasaray"dan (99,9%) cüzi fərqlə geri qalsa da, "Olimpik Marsel", "Bayer Leverkuzen", "Monako" kimi tanınmış klubları arxada qoyub. Bu isə Azərbaycan futbolu üçün tarixi göstərici hesab olunur.

Qeyd edək ki, siyahının yuxarı pillələrində "Arsenal", "Bayern", "Liverpul", "Barselona" və "Real Madrid" kimi Avropa nəhəngləri yer alsa da, "Qarabağ"ın bu klublarla eyni cədvəldə, yüksək ehtimalla mübarizəni davam etdirməsi Ağdam təmsilçisinin Avropadakı nüfuzunun artdığını bir daha təsdiqləyir.

Hesablamalara əsaslanan bu cədvəl göstərir ki, "Qarabağ" artıq Çempionlar Liqasında təsadüfi iştirakçı deyil, stabil nəticə verən və mərhələ adlamağa real namizəd olan komanda statusunu qazanıb.

Son xəbərlər