"Qarabağ"ın futbolçusu: "Nyukasl"la ilk matçın birinci hissəsində bizə yaraşmayan şəkildə oynadıq"
Düşünürəm ki, ilk matçın birinci hissəsində bizə yaraşmayan şəkildə oynadıq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Joni Montiel UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la (İngiltərə) cavab oyunundan öncə mətbuat konfransında deyib.
O, İngiltərədəki görüşdə bacardıqlarını ortaya qoyacaqlarını bildirib:
"İkinci hissədə də ilk hissədəki kimi oynamalıydıq. Cavab oyunu haqqında düşünməliyik. Düşünürəm ki, özümüzü yaxşı tərəfdən göstərə bilərik".
Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" görüşü fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.
Oxşar xəbərlər
FIFA ilə UEFA arasında gərginlik: Yeni qaydalar dünya futbolunu iki cəbhəyə bölüb
Futbolda hakimlik qaydaları ətrafında yaranan mübahisələr artıq təkcə meydandakı qərarlarla məhdudlaşmır. FIFA-nın 2026-cı il dünya çempionatında tətbiq etdiyi...