"Qarabağ"ın futbolçularına pul mükafatı veriləcək - MƏBLƏĞ
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" futbol klubunun əsas heyət üzvləri Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandıqları üçün iri məbləğdə pul mükafatı əldə edəcəklər.
BAKU.WS-in məlumatına görə, bu barədə klub rəhbərliyi qərar verib.
Qərara əsasən, "Ayntraxt" və "Liverpul"la görüşlərdə əsas heyətdə meydana çıxan hər bir futbolçuya 200 min manat ödəniləcək. Matça sonradan əvəzetmə ilə daxil olan oyunçular 175 min manat mükafat alacaqlar.
Eyni zamanda, qarşılaşmalar zamanı ehtiyat oyunçular skamyasında əyləşib meydançaya çıxmayan futbolçuların hər biri üçün 100 min manat mükafat nəzərdə tutulub.
Qeyd edək ki, bu addım komandanın motivasiyasını daha da artırmaq və tarixi nəticənin əldə olunmasını stimullaşdırmaq məqsədi daşıyır.
Oxşar xəbərlər
Maxaçev Forbes reytinqində birinci oldu - Rusiyanın ən dəyərli idmançı brendləri
Rusiyalı MMA döyüşçüsü İslam Maxaçev Forbes Sport-un 2026-cı il üçün hazırladığı ən dəyərli idmançı brendlərinin reytinqində birinci yeri tutub. BAKU.WS-in məlu...