"Qarabağ"ın ÇL-nin pley-off mərhələsindəki potensial rəqibləri məlum oldu
29
yan
2026
02:04
UEFA Çempionlar Liqasında əsas mərhələni uğurla başa vuran "Qarabağ" klubunun pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
BAKU.WS xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 1/8 finala yüksəlmək üçün PSJ (Fransa) və ya "Nyukasl" (İngiltərə) komandalarından birinə rəqib olacaq.
Qeyd edək ki, "köhlən atlar" Çempionlar Liqasının əsas mərhələsini 10 xalla 22-ci pillədə başa vuraraq yeni tarixə imza atıb. Pley-off mərhələsinin püşkatması yanvarı 30-da keçiriləcək.
Oxşar xəbərlər
Zidandan Fransa millisində böyük dəyişiklik: Mbappeyə yeni rol
Zidan Fransada yeni qaydalar tətbiq edir: Mbappe üçün fərqli rol, heyətdə böyük dəyişiklik 2026-cı il dünya çempionatından sonra Fransa millisində baş məşqçi də...