"Qarabağ"ın "Çelsi" ilə oyundan sonra qazandığı məbləğ məlum oldu
Azərbaycan təmsilçisi "Qarabağ" UEFA Çempionlar Liqasının liqa mərhələsində uğurlu nəticələr göstərməklə yanaşı, büdcəsini də xeyli zənginləşdirib.
BAKU.WS-in məlumatına görə, Ağdam klubu Çempionlar Liqasında keçirdiyi dörd oyunda 9,1 milyon avro (17,8 milyon AZN) qazanc əldə edib.
Portuqaliyada "Benfika" üzərində 3:2 hesablı qələbə və Bakıda "Kopenhagen"lə dueldən qalib ayrılmaq kluba 8,4 milyon avro (16,4 milyon AZN) qazandırıb.
Dünən isə London təmsilçisi "Çelsi" ilə 2-2 hesablı heç-heçə "köhlən atlar"ın büdcəsinə əlavə 700 min avro (1,3 milyon AZN) gətirib.
Məlumat üçün bildirək ki, UEFA-nın açıqladığı 2025/26 mövsümünün mükafat qaydalarına əsasən, qrup mərhələsində hər bir klub iştirak haqqından əlavə, oyunların nəticəsinə görə də qazanc əldə edir:: Qələbəyə görə – 2,1 milyon avro bonus, heç-heçəyə görə – 700 min avro bonus.
Orxan Hüseyn
Oxşar xəbərlər
Qurban Qurbanov "Dinamo"ya məğlubiyyəti hava şəraiti ilə əlaqələndirdi
"Danışılası çox şey yoxdur. Rəqibi təbrik edirəm. Cavab qarşılaşmasına hazırlaşmalıyıq". BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçi...