"Qarabağ"dan həlledici səfər: Komanda Sofiyaya yollandı
29
iyl
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" UEFA Avropa Liqasının II təsnifat mərhələsində "ÇSKA Sofiya" ilə keçirəcəyi cavab oyunu üçün Bolqarıstana yollanıb.
BAKU.WS xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl də komanda ilə birlikdə Sofiyaya səfər edib.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk görüşdə hesab açılmayıb. Cavab matçı iyulun 30-da Sofiyada baş tutacaq və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsinin ciddi olmadığı bildirilir. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 18 yaşlı hücumçu "Karrarez...