"Qarabağ" Çexiya klubu ilə heç-heçə edib

Qarabağ Çexiya klubu ilə heç-heçə edib
İdman 541
Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ" komandası Avstriyada təlim-məşq toplanışında sonuncu yoxlama oyununu keçirib. Ölkə çempionu Çexiyanın "Viktoriya" (Plzen) kollektivi ilə üz-üzə gəlib.Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində hər iki qolu Azərbaycan millisinin üzvü Mahir Emreli vurub. 22 yaşlı hücumçu 42 və 52-ci dəqiqələrdə fərqlənib. Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda digər yoxlama oyunlarında “Ludoqorets”ə (Bolqarıstan) uduzub (0:2), “Krayova” (Rumıniya) ilə qolsuz bərabərə qalıb, “Ufa”ya (Rusiya) isə qalib gəlib (2:1). Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın "Partizani" komandası ilə üz-üzə gələcək. İlk matç iyulun 10-da səfərdə, cavab qarşılaşması isə bir həftə sonra Bakıda olacaq.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu

"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 1-ci mərhələsinin püşkatması keçirilib.BAKU.WS xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" püşkatma...

13 İdman 16:53 18 iyun 2019

Son xəbərlər